"Football-plus.az" xəbər verir ki, baş məşqçi İlqar Aslanov ikinci oyunu belə dəyərləndirib:
“Ardıcıl iki gündə ikinci oyunumuza çıxdıq. Uşaqlarda həm yorğunluq, həm də birinci oyunların nəticəsinə uyğun olaraq arxayınlıq yaranmışdı. Ona görə də görüş çətin keçdi. Daha doğrusu, oyunu özümüz çətinləşdirdik. Vacib olan komandanın qarşıya qoyulan məqsədə çatmasıdı. Bu münasibətlə həm komandamızın üzvlərini, həm də futzal ailəsini təbrik edirəm. Artıq martda keçirəcəyimiz əsas mərhələnin oyunlarına hazırlaşmalıyıq”.