19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının ilkin mərhələsində sonuncu oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, B qrupunda yer alan yığma San Marinonun Serravalle şəhərində yerli komanda ilə qarşılaşıb.
“Multieventi Sport Domus” zalında təşkil olunan görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb. U-19-un heyətində qolları 24-cü dəqiqədə Oqtay Mahmudzadə və 29-cu dəqiqədə Ədalət Ələkbərov vurublar.
Ötən gün ilk matçında Kosovo yığmasını 4:1 hesabı ilə üstələyən Azərbaycan millisi 4 xalla qrupu birinci pillədə başa vuraraq, əsas mərhələyə vəsiqə qazanıb.
Yığma əsas mərhələnin 7-ci qrupunda Xorvatiya, Bosniya və Herseqovina və Türkiyə seçmələri ilə mübarizə aparacaq. Bu mərhələnin oyunları 25 - 30 martda keçiriləcək.