Bundesver Baltik dənizində mövcudluğunu Rusiya donanmasına qarşı durmağa qadir olan yeni xüsusi gəmi ilə gücləndirməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Bild məlumat yayıb.
Nəşr qeyd edir ki, “Naval Vessels Lürssen” (NVL) Group şirkəti NTV 130 xüsusi gəmi layihəsini Almaniyanın müdafiə naziri Boris Pistoriusa təqdim edib. Gəminin əsas infrastruktur obyektlərini, o cümlədən sualtı kabelləri və külək stansiyalarını qorumaq üçün nəzərdə tutulduğu vurğulanır.
NVL-in baş direktoru Tim Vaqnerin sözlərinə görə, gəmi Almaniya Hərbi Dəniz Qüvvələri üçün növbəti alışlardan biri ola bilər.
Pistorius vurğulayıb ki, NTV 130 maraqlı və perspektivli layihədir, lakin çox erkən mərhələdədir.