AZ

İran PUA-ları süni intellekt dəstəkli raketlərdən istifadə edib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus pilotsuz uçuş aparatları (PUA) Fars körfəzində keçirilən genişmiqyaslı təlimlər zamanı süni intellekt (AI) dəstəkli raketlərdən istifadə edib.

“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tanqsiri deyib.

Onun sözlərinə görə, SEPAH mütəxəssisləri “Mohajer-6” və “Ababil-5” pilotsuz uçuş aparatlarını hədəfləri daha dəqiq vurması üçün süni intellekt imkanlarını özündə birləşdirən “Qaem” və “Almas” raketlərinin yeni versiyası ilə təchiz ediblər.

Ə.Tanqsiri bildirib ki, SEPAH Hərbi Dəniz Qüvvələri ilk dəfə olaraq “Şəhid Süleymani” döyüş gəmisinin havadan müdafiəsini təmin etmək üçün “Navvab” raketlərini də buraxıb.

O, həmçinin SEPAH HDQ-nin təlimlər zamanı qanadlı və ballistik raketlərdən, elektron müharibə sistemlərinə qarşı dayanıqlı “Qədr” raketinin təkmilləşdirilmiş versiyasından istifadə etdiyini vurğulayıb.

Kontr-admiral qeyd edib ki, SEPAH Hərbi Dəniz Qüvvələri və İran Müdafiə Nazirliyi süni intellektin də köməyi ilə müxtəlif hündürlüklərdəki hava hədəflərini məhv edə bilən və 1000 kilometrdən çox mənzilə sahib qanadlı raketlər istehsal edib.

Seçilən
17
21
poliqon.az

10Mənbələr