AZ

Kolumbiya Prezidenti ABŞ təyyarələrinin ölkəyə girişinə qadağa qoyub


Miqrantları daşıyan Amerika təyyarələrinin Kolumbiyaya girişi qadağan edilib.Bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsində yazıb.

"Birləşmiş Ştatlar kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşa bilməz”, - dövlət başçısı bildirib.

O, Vaşinqtonu deportasiya edilmiş vətəndaşlara layiqli rəftar üçün "protokol yaratmağa” çağırıb.

Prezident Donald Tramp andiçmə mərasimindən sonra ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-yə daxil olmasını dayandıracağını və milyonlarla miqrantı deportasiya edəcəyini vəd edib. Siyasətçi Meksika ilə sərhəddə yaranmış vəziyyətə görə fövqəladə vəziyyət elan etməklə və oraya qoşun göndərməklə hədələyib.
www.anews.az
Seçilən
12
21
anews.az

10Mənbələr