AZ

Kolumbiya ABŞ-dan miqrantları daşıyan təyyarələrin ölkəyə enməsinə icazə vermədi

Kolumbiya ABŞ-dan miqrantları daşıyan təyyarələrin ölkəyə enməsinə icazə vermədi

Kolumbiya prezidenti Qustavo Petro ABŞ-dan deportasiya edilən kolumbiyalı mühacirləri daşıyan təyyarələrin ölkəyə enməsinə icazə verməkdən imtina edib.Sosial media hesabından açıqlama verən Petro ABŞ rəsmilərinin Kolumbiyalı mühacirlərə cinayətkar kimi baxdığını müdafiə edib.Prezident Petro "ABŞ kolumbiyalı mühacirlərə cinayətkar kimi baxa bilməz. Kolumbiyalı mühacirləri daşıyan ABŞ təyyarələrinin ərazimizə girməsinə icazə vermirəm. Biz mühacirləri qəbul etməzdən əvvəl ABŞ onlarla ləyaqətlə davranmaq üçün protokol yaratmalıdır" deyib.Petro bu açıqlamaları verməzdən əvvəl ABŞ-dan gəlməsi gözlənilən iki təyyarənin Kolumbiyaya enəcəyini açıqlayıb və vətəndaşların bayraq və çiçəklərlə qarşılanması təlimatını verib.Yerli mətbuatın məlumatına görə, ABŞ-dan deportasiya edilən kolumbiyalı mühacirləri daşıyan ilk təyyarənin yerli vaxtla saat 06:45-də Kolumbiyaya enməsi, ikinci təyyarənin isə saat 10:00-da enişi gözlənilirdi.El Colombiano saytının məlumatına görə, ABŞ-ın Boqotadakı səfirliyi Petronun qərarına cavab olaraq viza prosedurlarını dayandırmaq qərarına gəlib.

Seçilən
15
28
afn.az

10Mənbələr