ABŞ hava yolu ilə deportasiya edilən qeyri-qanuni miqrantları qəbul etməyən Kolumbiya hökumət rəsmiləri və onların yaxın ailə üzvlərinə viza məhdudiyyəti tətbiq etmək qərarına gəlib.Xarici İşlər Nazirliyinin internet saytından verilən açıqlamada, "Nazir Marko Rubio Kolumbiya hökumət rəsmiləri və onların yaxın ailə üzvləri üçün viza məhdudiyyətlərini təsdiqlədi" ifadələri qeyd edilib.Deportasiya edilən kolumbiyalı mühacirləri daşıyan təyyarələrin ölkəsinə enməsinə icazə verməyən Kolumbiya prezidenti Qustavo Petroya reaksiya verən açıqlamada ABŞ-ın prioritet gündəmi olan deportasiya tətbiqlərini davam etdirəcəyi bildirilib.Hadisələrin ardınca Rubionun ABŞ-ın Boqotadakı səfirliyinə qeyri-qanuni miqrantları daşıyan təyyarələrin enməsinə mane olan Kolumbiya rəsmiləri və onların ailələri üçün viza prosedurlarını dərhal dayandırmağı əmr etdiyi bildirilir.Bəyanatda ABŞ-ın milli təhlükəsizlik maraqlarını müdafiə etməkdən geri çəkilməyəcəyi və viza məhdudiyyətinin Kolumbiyanın öz vətəndaşlarını geri qaytarılmasını qəbul etmək üzrə öhdəliklərini yerinə yetirənə qədər davam edəcəyi vurğulanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta