AZ

Çin Trampın təhdidləri fonunda qeyri-qanuni miqrantları geri alacaq

Çin ABŞ lideri Donald Trampın təhdidləri fonunda ABŞ-da qeyri-qanuni olan vətəndaşlarını geri almağa razılaşıb. Oxuməni.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bildirib.

Pekinin ABŞ-da sənədsiz yaşayan vətəndaşları geri qəbul edib-etməyəcəyi sualına diplomat “Çin vətəndaşlığı yoxlanıldıqdan sonra təsdiqlənən insanları qəbul edəcək,” -deyə cavab verib.

Mao Nin həmçinin vurğulayıb ki, Çin hökuməti “qeyri-qanuni miqrasiyanın istənilən formasına qətiyyətlə qarşıdır”.

Bundan əvvəl Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Konqres ABŞ-dan deportasiya edilmiş vətəndaşlarını qəbul etməkdən imtina edən bütün ölkələrə qarşı tədbir görməyə və sanksiyalar tələb etməyə hazırdır.

Oxuməni.az

Seçilən
28
40
oxumeni.az

10Mənbələr