AZ

ABŞ və Rusiya prezidentləri arasında mümkün müzakirənin detalları açıqlanıb

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin mümkün telefon danışığının müzakirə mövzuları açıqlanıb.

Xezerxeber.az “ABC News”a istinadən xəbər verir ki, yaxın vaxtlarda liderlər telefon danışığı vasitəsilə əsas məsələlər barədə danışa bilərlər.

Qeyd olunub ki, Trampın Rusiya-Ukrayna müharibəsini həll etmək üçün diplomatik addımları həm imkanlar, həm də problemlər yaradır: “Trampla Putin arasında görüş və ya telefon danışığı ideyası danışıqlara doğru mühüm ilk addım ola bilər. Lakin bu, həm də əlverişsiz güzəştlər təhlükəsi yarada bilər. ABŞ Prezidentinin qlobal neft qiymətlərinə təsir strategiyası Rusiyaya iqtisadi təzyiqi artıra bilər. Çünki neft və qaz gəlirləri Rusiyanın büdcəsində əsas rol oynayır”.

İddiaya görə, dövlət başçıları, həmçinin nüvə silahlarına nəzarət danışıqlarının bərpası ideyasını müzakirə edə bilərlər.

Bildirilib ki, mümkün danışıqlar konstruktiv görünür, lakin problemi köklü şəkildə həll etmir: “Onu da nəzərə almaq lazımdır ki, Rusiya bu cür danışıqlardan tez-tez vaxt itirmək və Qərbin təzyiqlərini azaltmaq üçün istifadə edib. Rusiyaya iqtisadi və siyasi təsirini nəzərə alsaq, Çinin danışıqlar prosesinə daxil olması mühüm amil ola bilər.

Əsas problem Ukraynanın danışıqlarda tam iştirak edib-etməyəcəyi və maraqlarının necə nəzərə alınması ilə bağlıdır. Ukrayna nümayəndələrinin iştirakı olmadan aparılan danışıqlar Kreml üçün əlverişli, lakin Kiyev üçün qəbuledilməz şərtlərlə münaqişəni “dondurmaq” cəhdinə çevrilmək riski daşıyır. Trampın Ukraynanı danışıqlara necə cəlb etməyi planlaşdırdığı və onu bütövlükdə bu prosesə cəlb etməyi nəzərdə tutduğu məlum deyil”.

“The Washington Post” nəşri isə bildirib ki, mümkün danışıqlar ərəfəsində həm Rusiya, həm də ABŞ öz mövqelərini müdafiə edir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp daha əvvəl müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Ukrayna lideri Volodimir Zelenski isə söyləyib ki, 2025-ci ildə savaşa son qoymaq üçün mümkün olan hər şeyi edəcək.

Xatırladaq ki, Tramp daha əvvəl neft qiymətlərinin aşağı salınması ilə sülhə nail ola biləcəyini bildirib.

Seçilən
11
50
xezerxeber.az

10Mənbələr