AZ

“Heyət seçimi legionerlərə üsyan deyildi”

“Neftçi” Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Araz-Naxçıvan”a 1:2 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Birinci hissədə nə baş verdi ki, 4 əvəzetmə birdən etdiniz?

– Tamamilə narazı qaldım. Birinci hissədə heyəti quranda fikirlərimiz o idi ki, hücum etməkdə problemlərimiz var. Kreativ nələrsə etmək alınmır. Bacarıqsızlıq deyim, nə deyim bilmirəm. Bu problemlər üzə çıxdı. Onsuz da var idi. Fikirləşdik ki, Murad kreativdir, Ramil Şeydayev də sol cinahda oynasın. Əfsuslar olsun ki, sönük oyun getdi. Birinci hissədə qapıya zərbə vura bilmədik. Bu da narazı qaldığımız məqamdır. İkinci hissədə bunları dəyişməyə çalışdıq. Daha çox hücum etmək tapşırığı verdik. Alındı. Epizodlar da oldu. Amma qollar olmadı. Robert Bauer durduğu yerdə topu kornerə çıxardı. Bu cür təcrübəli oyunçular belə şeylər edir. Standart vəziyyətdən qol buraxdıq. Nələrisə dəyişə bilmirdik. Ümidimiz ikinci hissədəki dəyişikliklərə qalmışdı. İmkan olsa idi, 5-ci dəyişikliyi də edərdik. Problemlərimiz, çətinliklərimiz var. Nədən irəli gəldiyini bilirəm. Amma çözməkdə çətinlik çəkirik.Transfer pəncərəsinin bağlanmasına qədər vaxtımız var. Ümid edirəm ki, danışdığımız oyunçuları gətirərik, bəlkə nələrisə dəyişərik. Kubok oyunumuz var. Bizim üçün çox önəmlidir. Ona hazırlaşacağıq. Tam gücümüzü kuboka verərək, orada nələrsə etməyə çalışacağıq. Rəqibi təbrik edirəm.

– Yeddi yerli futbolçu ilə oyuna çıxdınız. Legionerlərə üsyan edirdiniz? Onları yayda vaqonla geri qaytaracaqsınız?

– Vaqonla, təyyarə ilə geri qaytarılacaq, buna yayda baxacağıq. Üsyan deyildi. Sadəcə, bu gün durum bu idi. Heyəti məşqlərə görə qururuq. Görmək istədiyim oyun stili var. Əlimizdə olan oyunçularla oynamalıyıq. Gələn dəfə meydanda 11 yerli olacaqsa, bunu normal qarşılamağınızı istəyərdim. Sadəcə, fikir idi, etdik.

– Sanki “Neftçi” futbolçularında olmalı olan istək, aqressiya Ürfan Abbasovda idi. İstəyərdiniz ki, onda olan istək sizin futbolçularda olsun?

– Bundan xoş heç nə ola bilməz. Biz də istəyərdik ki, futbolçularımız istəkli olsunlar. Amma sözün açığı,  bu istək “Neftçi” ilə oyunda bütün rəqiblərdə, rəqib futbolçuların hamısında var. Keçən oyunda fikirləşdim ki, “Sabah” bizimlə matçda istəkli idi, pis oynamadı. Düşündüm ki, “Sumqayıt”a qarşı da belə olacaq, qalib gələcək. Amma birinci hissə başlayanda görürsən ki, sənə qarşı oynayan rəqib deyil sanki. Bu, dəfələrlə olub. Ürfanın istəyi, digər komandaların futbolçularında da var. Bu da “Neftçi”dən irəli gələn məsələdir. İstəyərdim komandamda bu cür şeylər olsun. İşimiz də elə odur ki, bu cür komanda yaradaq.

Seçilən
2
18
msport.az

10Mənbələr