AZ

Arsen Ağcabəyov “Şamaxı” ilə yeni müqaviləyə imza atdı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Şamaxı” futbolçusu Arsen Ağcabəyov ilə müqaviləsini yeniləyib.

Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Yeni müqavilənin müddəti növbəti futbol mövsümünün sonuna – 2026-cı ilin 30 iyununa qədərdir. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti bu mövsümün sonunda başa çatacaqdı.

Xatırladaq ki, Arsen Ağcabəyov ötən ilin qışından “Şamaxı”da çıxış edir. Mərkəz müdafiəçisi cari mövsümdə bu komandanın heyətində 21 oyuna çıxıb, 1 qol vurub. Onun “Şamaxı”nın heyətindəki ümumi göstəriciləri 35 oyun və 1 qoldan ibarətdir.

“Qəbələ”nin yetirməsi olan Ağcabəyov daha öncə “Sabah”, “İrəvan” və “Səbail”də də forma geyinib. O, vaxtilə Azərbaycanın U-21 yığmasında da çıxış edib.

Xatırladaq ki, “Şamaxı” Arsen Ağcabəyovdan öncə gənc futbolçusu Edqar Adilxanovla da yeni müqavilə bağlamışdı. Əyalət klubu Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov, Conatan Benteke və Emin Zamanovla da yollarını ayırıb. Əvəzində əyalət klubu Cəlal Hüseynov (“Arda”, Bolqarıstan, icarə), Murad Vəliyev (“Levadiya”, Estoniya), Vüsal Məsimov (“Səbail”), Andrey Tırkovyanu (“Pasifik”, Kanada), Alfons Mabula Msanqa (“Spartak”, Serbiya), Vladislav Veremeyevi (“Yelqava”, Latviya) də heyətinə qatıb.

Seçilən
9
6
arena.az

10Mənbələr