Miqrantları daşıyan Amerika təyyarələrinin Kolumbiyaya girişi qadağan edilib.
Korrespondent.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsində yazıb.
“Birləşmiş Ştatlar kolumbiyalı miqrantlara cinayətkar kimi yanaşa bilməz”, - dövlət başçısı bildirib.
O, Vaşinqtonu deportasiya edilmiş vətəndaşlara layiqli rəftar üçün “protokol yaratmağa” çağırıb.