Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turnir cədvəlinin lideri “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Turan Tovuz”u qəbul edib.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun yeganə qoluna 7-ci dəqiqədə Musa Qurbanlı imza atıb. Tovuz təmsilçisində 90-cı dəqiqədə Kauan, 90+4-cü dəqiqədə isə Otto Con fərqlənib.