AZ

Vayfayı olan hər kəsə xəbərdarlıq...

Ajans.az xəbər verir ki, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev məsələ ilə bağlı bir sıra nüansları Yeni Sabah-la bölüşüb:

“Vayfay şəbəkəsi açıq olduqda, xüsusilə zəif şifrələmə və ya standart parol istifadə edilirsə, kiberinayətkarlar bu şəbəkəni hədəfə ala bilərlər. Gecələr istifadə az olduğundan şəbəkə hücum üçün daha asan hədəf ola bilər”.

Ekspert gecə bu riskin niyə daha yüksək ola biləcəyini də açıqlayıb:

“Gecə saatlarında şəbəkə istifadəçiləri aktiv olmadıqda, şübhəli fəaliyyətləri dərhal aşkar etmək çətin ola bilər. Vayfay şəbəkəmiz düzgün konfiqurasiya olunubsa (güclü şifrələmə, dayanıqlı parol və müntəzəm yeniləmələr) gecə onu açıq saxlamaq ciddi risk yaratmır”.

A.Rzayev Vayfay şəbəkələrində kiberhücumdan qorunmaq üçün bəzi tövsiyələr verib:

“Vayfay şəbəkəniz üçün WPA3 (və ya ən azı WPA2) şifrələməsini aktiv edin. WEP kimi köhnə şifrələmə metodlarından istifadə etməyin.

Asan tapılan və ya standart parollardan istifadə etməyin. Şəbəkəniz üçün unikal, uzun və mürəkkəb parol təyin edin.

SSID (şəbəkə adını) yayımını söndürməklə şəbəkəni gizli edə bilərik. Bu, şəbəkəni hədəfə almağı çətinləşdirə bilər.

Yalnız icazə verilmiş cihazların şəbəkəyə qoşulmasına imkan verən MAC ünvan filtirləmə funksiyasını aktiv edə bilərik.

Router üzərində daxili firewall funksiyasını aktivləşdirə bilərik”.

Seçilən
3
19
Ajans.az

10Mənbələr