AZ

Tramp Ukrayna müharibəsini yaza qədər bitirməyi hədəfləyir - The Independent

ABŞ Prezidenti Donald Trampın Ukraynaya dəstəkdən əl çəkməsi və ölkə üçün ağrılı kompromislərə gedə biləcəyi ilə bağlı narahatlıqlar yersizdir. Əksinə, Ağ Ev rəhbəri bu ilin yazına qədər Ukraynada müharibəni bitirmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Britaniyanın “The Independent” nəşrinə insayderlər məlumat verib.

“Ukraynadan narahat olanlar ABŞ prezidentinin andiçmə mərasimində Ukrayna Ali Radasında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiyanın iştirakına diqqət yetirməlidirlər. Bu, Donald Trampın bu prosesin sonunda Ukraynanın yaxşı anlaşma əldə etməsini təmin etmək niyyətini göstərən çox mühüm addımdır. Bu, əsəbləri sakitləşdirməlidir" deyə anonim mənbə jurnalistlərə bildirib.

Nəşrdə bildirilir ki, Tramp Ukraynadakı müharibənin həlli məsələsinə ciddi yanaşır. Mənbə qeyd edib ki, bundan əvvəl ABŞ prezidenti bir sıra çətin vəzifələri həll etməli olacaq, lakin Ağ Ev rəhbəri mütləq Ukrayna prezidenti Vladimir Zelenski ilə işləyəcək və yaxın vaxtlarda rəsmi görüş baş tutacaq.

"Zelenski özü inauqurasiyaya getməyi mümkün saymadı, lakin o, böyük hörmətlə yanaşdığı Ukraynanın ikinci şəxsini göndərdi", - insayder izah edib.

Nəşr xatırladıb ki, “Xalqın xidmətçisi” fraksiyasının lideri Devid Arakhamiya Trampın andiçmə mərasimində önəmli yerdə olub. Daha sonra o, Ukrayna mətbuatına bildirib ki, rəsmi Ukrayna nümayəndə heyəti fevralda ABŞ prezidenti ilə görüşə bilər.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
4
10
Demokratikmusavat.com

10Mənbələr