AZ

Hindistan və İran vətəndaşları Ermənistanda casusluq edir

Ermənistanda Hindistan və İran vətəndaşlarının casusluq etdiyi haqda iddia yayılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni ekspert Nairi Ohikyan “xəbərdarlıq” yayıb.

Onun sözlərinə görə, Hindistan və İran vətəndaşları Ermənistanın sərhədyanı yaşayış məntəqələrindəki tikinti şirkətlərində az maaşa belə işləməyə razılaşırlar. Səbəb isə odur ki, onlar məlumat toplayırlar.

“Bizdə artıq ağrılı faktlar var ki, bu barədə yaxın vaxtlarda danışacağam”, - o bildirib.

Qeyd edək ki, Ermənistanın külli miqdarda silah aldığı Hindistan və bu ölkənin sərhədlərini özünün “qırmızı xətti” sayan İranın vətəndaşlarını erməni ekspertlərin casusluqda ittiham etməsi diqqət çəkməyə bilməz.

Seçilən
2
2
axar.az

10Mənbələr