AZ

KDR-in xarici işlər naziri: Ruanda qoşunları ərazimizə daxil olub

“Mən sizin qarşınızda dayanarkən bütün dünyanın gözü qarşısında görünməmiş bir hücum gedir. Əlavə Ruanda qoşunları ərazimizə daxil olub və bu, suverenliyimizin pozulmasıdır. Bu təcavüzdür, bu müharibə elanıdır”.

“Report” xəbər verir ki, bunu Konqo Demokratik Respublikasının (KDR)xarici işlər naziri Teresa Kayivamba BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, Ruandanın hərəkətləri beynəlxalq hüquqa açıq çağırışdır və regional sabitliyə təhlükə yaradır.

O, Təhlükəsizlik Şurasının üzvlərinə hərbi əməliyyatların dayandırılmasını, Ruanda qoşunlarının çıxarılmasını, Ruanda istehsalı kimi etiketlənən bütün minerallara embarqo qoyulmasını və ölkəyə silah satışının qadağan edilməsi ilə bağlı çağırış edib:

“Təhlükəsizlik Şurası təkcə Ruanda hərbi rəhbərliyinin təyin edilmiş üzvlərinə deyil, həm də bu təcavüzə görə məsuliyyət daşıyan siyasi liderlərə qarşı aktivlərin dondurulması və səyahət qadağaları da daxil olmaqla, məqsədyönlü sanksiyalar tətbiq etməlidir”.

Seçilən
5
4
report.az

10Mənbələr