ABŞ hökuməti Kolumbiyadan idxala 25% həcmində ticarət rüsumları tətbiq edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da bildirib.
"ABŞ-a [Kolumbiyadan] daxil olan bütün mallara 25% fövqəladə tariflər. Bir həftə ərzində 25% tariflər 50% -ə qədər artırılacaq" - deyə, Tramp bildirib.
Həmçinin Kolumbiyanın xəzinə, bank və maliyyə sektorlarına sanksiya tətbiqi nəzərdə tutulub. Bundan əlavə, Birləşmiş Ştatlar Kolumbiya rəsmilərinin və digər rəsmilərin ölkəyə girişinə məhdudiyyətlər, həmçinin “Kolumbiya hökumətinin tərəfdarları” üçün viza məhdudiyyətləri tətbiq edəcək. ABŞ prezidenti həmçinin “milli təhlükəsizlik səbəbi ilə” Kolumbiya vətəndaşları və yükləri üzərində sərhəd və gömrük nəzarətini gücləndirməyi əmr edib.
“Bu tədbirlər sadəcə başlanğıcdır” deyə Tramp bildirib.