Kolumbiya ABŞ-dən deportasiya olunacaq kolumbiyalı miqrantlar üçün prezident təyyarəsi göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə prezident administrasiyasının məlumatında deyilir.
“Kolumbiya hökuməti prezident Qustavo Petronun rəhbərliyi altında bu gün səhər tezdən deportasiya uçuşları ilə ölkəyə gəlməli olan həmvətənlərinin ləyaqətlə geri qayıtmasını asanlaşdırmaq üçün prezident təyyarəsi hazırlayıb. Bu tədbir hökumətin miqrantların layiqli qayıtmaq şərtlərini təmin etmək öhdəliyinin bir hissəsidir”.”, - deyə sosial mediada yerləşdirilən sənəddə deyilir.
Bazar günü səhər saatlarında Petro deportasiya edilmiş kolumbiyalıları daşıyan ABŞ təyyarələrinin ölkəyə enişinə qadağa qoyulmasını əmr etmişdi. Buna cavab olaraq ABŞ prezidenti Donald TrampKolumbiyadan idxala25% həcmində ticarət rüsumları tətbiq edəcək.
Yanvarın 20-də Tramp ABŞ-ın Meksika ilə sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərman imzalayıb . Amerika lideri bildirib ki, bu, ölkəyə qeyri-qanuni miqrantların “fəlakətli işğalını dəf etmək” üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək.