AZ

Kolumbiya miqrantları daşıyan ABŞ hərbi təyyarələrini geri qaytarır

...Kolumbiya göyərtəsində deportasiya ilə üzləşən 160-a yaxın miqrantın olduğu iki ABŞ hərbi təyyarəsinin ölkəyə girişinə icazə verməyib.

SİA-nın“Reuters”dan əldə etdiyi məlumata görə, hər təyyarədə 80 nəfər olub.

Təyyarələr Kaliforniyadan havaya qalxıb, lakin Boqota rəhbərliyi onların eniş icazəsini ləğv edib.

Qeyd edək ki, Kolumbiya prezidenti Qustavo Petro daha əvvəl Amerika hakimiyyətinin miqrantlarla pis rəftar etdiyini iddia edərək deportasiya edilmiş vətəndaşları daşıyan Amerika təyyarələrinin ölkəyə girişini qadağan etmişdi.

...Meksika rəsmiləri də bundan əvvəl ABŞ-ın qeyri-qanuni mühacirləri daşıyan yük təyyarəsinə daxil olmasına icazə verməmişdi.

Xatırladırıq ki, qeyri-qanuni mühacirlərin üç reyslə daşınması planlaşdırılırdı.

İki təyyarə uğurla Qvatemalaya uçub, lakin miqrantları Meksikaya çatdırmalı olan üçüncü təyyarə hava limanında qalıb. Əli Babayev

Seçilən
23
8
sia.az

10Mənbələr