Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko Belarusda keçirilən prezident seçkilərində 87,6 faiz səs toplayıb.
Publika.az xəbər verir ki, bu barədə Belarus Gənclər Təşkilatları Komitəsinin sədri Pavel Alekso exit-poll məlumatlarına istinadla məlumat verib.
BELTA-nın məlumatına görə, ölkə üzrə 320 seçki məntəqəsində keçirilən anonim sorğuda 11 948 seçici iştirak edib.
Alınan məlumatlara əsasən, səslər belə bölünüb: Sergey Syrankov 2,7%, Oleq Qaydukeviç - 1,8%, Anna Kanopatskaya - 1,6%, Aleksandr Xijnyak - 1,2%.
Seçicilərin 5,1%-i bülletenlərində “hamının əleyhinə” işarəsi qoyub.