AZ

Şimal ölkələrinin liderləri Qrenlandiyanı müzakirə ediblər

Danimarkanın Baş naziri Mette Frederiksen Skandinaviya hökumət başçıları üçün şam yeməyi verib.

“Report” xəbər verir ki, tədbir qeyri-rəsmi olub və əsas mövzular ABŞ prezidenti Donald Trampın Qrenlandiya və yeni dünya nizamı ilə bağlı açıqlamaları olub.

Şam yeməyinə İsveçin Baş nazir Ulf Kristersson, Norveçin Baş naziri Jonas Gahr Store və Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb dəvət olunub.

Şam yeməyində çıxışı zamanı Mette Frederiksen deyib: “Krallığın mesajını təkrarlaya bilərəm: Qrenlandiya satılmır. Biz birliyimizi (Danimarka, Qrenlandiya və Farer adaları) Qrenlandiya istədiyi müddətcə saxlamaq istəyirik. Amerika Birləşmiş Ştatları ilə güclü ittifaqın olması üçün əlimdən gələni edəcəyəm”.

Baş nazir həmçinin qeyd edib ki, onun hökuməti Vaşinqtonda yeni administrasiya ilə əlaqə saxlayır və onunla Arktika regionunda təhlükəsizlik məsələlərini müzakirə edir: “Danimarka yaxşı müttəfiq olub və belə qalmaq niyyətindəyik”.

İsveçin Baş naziri Ulf Kristersson “X” hesabında müzakirə olunan məsələlər haqqında məlumat verib:

“Kopenhagendə Danimarka, Norveç və Finlandiyadan olan yaxın dostlar və müttəfiqlərlə regional təhlükəsizlik, Baltikyanı dəniz təhlükəsizliyi, o cümlədən cari kabel insidentləri və Ukraynaya dəstək haqqında söhbət etmişik”.

Seçilən
4
3
report.az

4Mənbələr