AZ

Şam yeməyində ciddi söhbətlər: Baş nazir nə deyib?

Danimarkanın baş naziri Mette Frederiksen Skandinaviya hökumət başçıları üçün şam yeməyi verib.

Yenisabah.az TV2-ə istinadla xəbər verir ki, tədbir qeyri-rəsmi olub və əsas mövzular Trampın Qrenlandiya və yeni dünya nizamı ilə bağlı açıqlamaları olub.

Şam yeməyinə İsveçin baş naziri Ulf Kristersson, Norveçin baş naziri Jonas Qahr Störe və Finlandiya prezidenti Aleksandr Stubb dəvət olunmuşdu.

Mette Frederiksen deyib: "Krallığın mesajını təkrar edə bilərəm: Qrenlandiya satılmır və biz birliyimizi [Danimarka, Qrenlandiya və Farer adaları] Qrenlandiya istədiyi müddətcə saxlamaq istəyirik. Mən ABŞ-la güclü ittifaqın olması üçün mümkün olan hər şeyi edəcəyəm”.

Baş nazir qeyd edib ki, onun hökuməti Vaşinqtonda yeni administrasiya ilə əlaqə saxlayır və onunla Arktika regionunda təhlükəsizlik məsələlərini müzakirə edir: "Danimarka yaxşı müttəfiq olub, biz yaxşı müttəfiqik və belə qalmaq niyyətindəyik".


Telegram kanalımız
Seçilən
7
4
yenisabah.az

7Mənbələr