Bakı. Trend:
Böyük Britaniyada dekabr ayında hökumətin borclanmasıproqnozları üstələyərək son dörd ilin ən yüksək səviyyəsinəçatıb.
Trend xəbər verir ki, buartım ölkənin maliyyə sisteminə əlavə təzyiq yaradıb.
Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, hökumətinborclanması - yəni xərclərlə vergi gəlirləri arasındakı fərq - ötənay 17,8 milyard funt sterlinq təşkil edib. Bu, 2023-cü ilin dekabrıilə müqayisədə 10,1 milyard funt sterlinq çoxdur. ONS bildirib ki,ictimai xidmətlər, sosial müavinətlər və borc faizlərinə çəkilənxərclər ötən ilə nisbətən artıb. Bununla yanaşı, vergigəlirlərindəki artım əvvəlki hökumətin milli sığorta haqlarındaetdiyi azalmalarla kompensasiya olunub.
Son dövrlərdə borclanma xərclərindəki artımlar hökumətiniqtisadi planlarına təhlükə yaradır. Ötən həftə açıqlananməlumatlara görə, Böyük Britaniya iqtisadiyyatının durğunluqyaşaması maliyyə naziri Reyçel Rivz üçün təzyiqləri daha daartırıb.
Hökumət bildirib ki, həyat standartlarını yüksəltmək məqsədiləiqtisadi artım əsas prioritet olaraq qalır. Lakin Böyük Britaniyaiqtisadiyyatının vəziyyətini əks etdirən son məlumatlar R. Rivztərəfindən ictimai xidmətlərə ayrılan xərclərin azaldılmasıehtimallarını gücləndirir.
Dekabr ayında hökumət tərəfindən 17,8 milyard funt sterlinq borcalınması Büdcə Məsuliyyəti İdarəsinin gözləntilərindən (14,6milyard funt sterlinq) xeyli çox olub.