Bakı. Trend:
Litva Azərbaycanla əməkdaşlıq çərçivəsində Orta Dəhlizininkişafı üçün iki səviyyəli strategiya təklif edir.
Bu barədə Trend-ə özəl müsahibəsində Litva RespublikasınınAzərbaycandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiriKestutis Vaşkelaviçus bildirib.
"Azərbaycan və Litva Orta Dəhlizin daha da inkişafı üçün ikiəsas istiqamət üzrə əməkdaşlıq edə bilər. Birinci istiqamət ondanibarətdir ki, Litva Avropa İttifaqının üzvü olaraq "Global Gateway"təşəbbüsünü dəstəkləyir. "Global Gateway" Avropa İttifaqınıntəhlükəsiz rəqəmsal, nəqliyyat və enerji əlaqələriningücləndirilməsi, həmçinin beynəlxalq tərəfdaşlıqlarıngenişləndirilməsi üzrə strategiyasıdır. Bu kontekstdə Avropaİttifaqı mühüm tərəfdaşdır və Litva, Aİ-nin üzvü kimi, AzərbaycanınBrüsseldə dəstəyinə mühüm töhfə verə bilər. İkinci istiqamət isəmilli qurumlarımızın və ya şirkətlərimizin bu inkişafda iştiraketməsinə yönələcək", - deyə səfir qeyd edib.
Vaşkelaviçus xatırladıb ki, ötən ilin oktyabrında Klapeidalimanının direktoru Azərbaycanı, o cümlədən Bakı Limanını və ƏlətAzad İqtisadi Zonasını ziyarət edib.
"Bunlar Orta Dəhlizin inkişafında əsas elementlərdir. Səfərzamanı tərəfdaşlığın gücləndirilməsi və gəmiçilik sahələrindəəməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı müzakirələraparılıb. Bu sahələr Orta Dəhlizə əlavə dəyər qata bilər. Bubaxımdan Klapeida limanı dəhlizin inkişafına və səmərəliliyinətöhfə verməkdə mühüm rol oynaya bilər", - deyə səfirvurğulayıb.
O qeyd edib ki, Litva Avropa İttifaqında Rusiya ilə qaz və neftdaxil olmaqla enerji asılılığına tamamilə son qoymuş ilk ölkəolub.
"Biz Klapeidada ilk LNG terminalını inşa etdik və neftterminalını yaratdıq, bu da alternativ enerji marşrutlarınınaçılmasına imkan verdi. Bu kontekstdə biz TRACECA, Orta Dəhliz vəCənub Qaz Dəhlizi kimi təşəbbüsləri ən vacib layihələr kimiqiymətləndiririk. Bu dəhlizlər — istər enerji, istərsə də nəqliyyatüçün — iqtisadi münasibətlərin inkişafına, iqtisadiyyatlarıngüclənməsinə və biznesin dəstəklənməsinə xidmət etməlidir. Biznesvə iqtisadiyyatın inkişafı üçün bu əlaqələr və dəhlizlər iqtisadiməntiqə əsaslanmalıdır", - deyə səfir bildirib.
Səfir vurğulayıb ki, Asiya və Avropa ölkələrinin onilliklər boyuetibar etdiyi marşrutlara alternativ olan müstəqil dəhlizlərininkişaf etdirilməsi vacibdir.
"Təəssüf ki, bu uzunmüddətli asılılıq bəzi oyunçular üçünəhəmiyyətli iqtisadi mənfəət gətirsə də, ciddi iqtisadi və siyasinəticələrə səbəb olub", - deyə səfir qeyd edib.
İnvestisiya imkanları
İnvestisiya imkanları haqqında danışan səfir əsas diqqəti bərpaolunan enerji mənbələri və kənd təsərrüfatına yönəldib.
"Qarabağa gəlincə, biz görürük ki, bəzi litvalı şirkətlər buregiona maraq göstərir və keçən il Dominari adlı mebel şirkətiartıq investisiya yatırıb. Maraqlı sahələrdən danışsaq, hesabedirəm ki, enerji, xüsusilə də bərpa olunan enerji, əməkdaşlıq üçünəsas sahədir. Bu sahə hər iki tərəf üçün əhəmiyyətli faydalar təminedir və Azərbaycan bərpa olunan enerjinin yaratdığı iqtisadiimkanlardan, xüsusilə də COP29-a sədrliyi çərçivəsində, ən fəalistifadə edən ölkələrdən biridir. Litva bu sahəyə öz təcrübəsinitəqdim etməklə töhfə verə bilər. Bizim təklif edə biləcəyimiz böyükmaliyyə resurslarımız olmasa da, dəyərli biliklər təqdim edəbilərik. Litva müstəqillik əldə etdiyi vaxtdan bu yana əlamətdarbir transformasiya keçib, sovet nefti və qazından 100%-likasılılıqdan enerji müstəqilliyinə keçib. Gələn ay Litva öz elektriksistemini Avropa şəbəkəsinə qoşaraq Rusiyadan tam müstəqilliyəkeçidi başa çatdıracaq", - deyə Vaşkelaviçus vurğulayıb.
Litva səfirinin fikrincə, kənd təsərrüfatı sektoru investisiyaəməkdaşlığının inkişafında mühüm əhəmiyyətə malikdir.
"Mən düşünmürəm ki, Azərbaycan öz məhsullarını dünya bazarınaixrac etmək potensialını tam şəkildə istifadə edir. Litva südməhsulları, məsələn, süd, qatıq və pendirlərdən tutmuş unməmulatlarına qədər geniş çeşidli məhsulları ixrac edir və Yaponiyakimi əhəmiyyətli ixrac bazarları daxil olmaqla bütün dünyayaçatdırır. Bu, mürəkkəb və geniş bir logistika zənciridir. Biz busahədə bir çox innovativ həlləri tətbiq etmişik və xüsusiləməhsulların uzaq bazarlara çatdırılarkən bir neçə ay ərzində təzəqalması üçün qablaşdırma proseslərini modernləşdirmişik. Azərbaycanda bu təcrübədən faydalana bilər. Bundan sonra hər şey bizneslərarasında əməkdaşlıqdan asılıdır və mənim rolum bizim maraqlarımızınharada üst-üstə düşdüyünü və qarşılıqlı faydalı tərəfdaşlıqlarqurmaq üçün harada imkan olduğunu müəyyən etməkdir", - deyə obildirib.
Vaşkelaviçus həmçinin Azərbaycanın iqlim siyasəti üçünəhəmiyyətli ola biləcək daha bir təşəbbüsə - plastik qablarıntəkrar emalı üçün depozit sisteminə toxunub.
"Litva plastik qabların təkrar emalı sahəsində dünya lideridirvə biz son dərəcə effektiv depozit sistemi yaratmışıq. Hər biriçki, şirə və ya su şüşəsi üçün insanlar əlavə 10 sent ödəyir.Onlar boş qabı sistemə qaytardıqda həmin 10 sent geri qaytarılır.Bunun nəticəsində biz 95 faizlik geri qaytarma göstəricisinə nailolmuşuq. Bu siyasət ətraf mühitin qorunmasına birbaşa töhfə verir.Mən bilirəm ki, Azərbaycan bu cür təşəbbüslərlə çox maraqlanır vəbiz demək olar ki, 100 faizlik effektivliklə işləyən bir sistemintətbiqi üzrə təcrübəmizi bölüşməyə hazırıq", - deyə o bildirib.
Birbaşa reyslərin açılması
Birbaşa reyslərə gəldikdə isə, səfir bildirib ki, müzakirələrdavam edir.
"Litvanın nəqliyyat üzrə vitse-naziri Bakıya səfər etdi vəAzərbaycan tərəfi ilə danışıqlar aparıldı. Sevindirici hal odur ki,həm hökumət, həm də əhali birbaşa reyslərlə maraqlıdır. Lakintəəssüf ki, bu, dərhal baş verə bilməz, çünki hələ ki böyük birtələbat yoxdur. Bununla belə, tələbat artır, çünki bir çoxlitvalılar Azərbaycanı yenidən kəşf etmək istəyir", - deyəVaşkelaviçus əlavə edib.
Litva-Azərbaycan HökumətlərarasıKomissiyası
Vaşkelaviçus qeyd edib ki, Litva-Azərbaycan HökumətlərarasıKomissiyası ölkələr arasında ikitərəfli əməkdaşlıq üçün çox vacibbir strukturdur.
"Sonuncu iclas 2023-cü ildə Vilnüsdə keçirilib və diplomatikpraktikaya görə növbəti iclasın Azərbaycanda keçirilməsigözlənilir. Hər iki tərəf bu iclasın keçirilməsində maraqlıdır vəhazırda Azərbaycan tərəfi ilə danışıqlar aparırıq. Lakin iclasınyaxın gələcəkdə baş tutmayacağı üçün hələ konkret bir tarix yoxdur.Bu, Litvada yeni keçirilmiş seçkilər və hökumət dəyişikliyi iləbağlıdır. Biz müzakirə üçün vaxt və mövzular müəyyən etməliyik.Hazırda deyərdim ki, görüşə hazırlıq gedir və bu mütləq baştutacaq, çünki bu, Litva üçün də çox vacibdir", - deyə səfirbildirib.
Biznes əlaqələri
Səfir xatırladıb ki, 2022-ci ildə Litva Prezidenti Bakıya,2023-cü ildə isə Prezident İlham Əliyev Vilnüsə səfər etdikdə, həriki səfər işgüzar nümayəndə heyətləri tərəfindən müşayiət olunub vəmüxtəlif şirkətlər və təhsil müəssisələri arasında bir neçəmemorandum imzalanıb.
“Yüksək səviyyəli səfərlər, istər prezidentlərin, başnazirlərin, istərsə də nazirlərin səfərləri bu əlaqələrinmöhkəmləndirilməsində mühüm rol oynayır. Hökumətlərarası Komissiyailə bağlı müzakirələrimizdə olduğu kimi, ümid edirik ki, gələcəksəfərlər – dəqiq tarixlər hələ məlum olmasa da – biznes sektorununnümayəndələrinin iştirakı ilə müşayiət olunacaq. Bundan başqa,ölkələrimiz arasında işgüzar əməkdaşlıq münasibətlərimizin mühümaspekti olaraq qalır”, – deyə səfir bildirib.
Vaşkelaviçus qeyd edib ki, yeni səfir kimi onun əsas prioritetiiki ölkə arasında dostluq münasibətlərinin daha damöhkəmləndirilməsidir.
“Bu münasibətlərin çox güclü təməli var, çünki xalqlarımızmüstəqillik və azadlıq uğrunda mübarizədə bir-birini dəstəkləyib.Biz işğal illərində və azadlıq uğrunda mübarizəmizdə çox oxşarhadisələr yaşadıq”, – deyə səfir bildirib.
Səfir mədəni əlaqələrin inkişafından da danışıb.
“Burada olduğum müddətdə gördüm ki, Azərbaycan xalqı mədəniyyətəvə musiqiyə çox böyük önəm verir. Azərbaycanda çoxlu sayda musiqiməktəbləri, konservatoriyalar və teatrlar var. Həmçinin buradabəstəkarlarınız və musiqiçilərinizə həsr olunmuş çoxlu abidələr varki, bu da xalqınızın ədəbiyyata, musiqiyə və mədəniyyətə dərinhörmətini əks etdirir. Ümid edirəm ki, Litva mədəniyyətinə də maraqvar və mən artıq bu əlaqəni hiss edirəm. Bu il ən məşhurbəstəkarımız və rəssamımız Mikaloyus Konstantinas Çiurlionisin 150illiyini qeyd edirik. Səfirlik bu mühüm ildönümünü qeyd etmək üçünmüxtəlif tədbirlər və konsertlər təşkil edib. Hesab edirəm ki,mədəniyyət bizim ikitərəfli münasibətlərimizin ən mühüm hissəsidirvə səfirlik bu sahədə əlaqələrin inkişafı və möhkəmləndirilməsiüçün tam hazırdır”, – deyə səfir bildirib.
X: @Lyaman_Zeyn