AZ

Bitcoin ucuzlaşıb

Bitcoin bazar ertəsi günü 4,70 faiz ucuzlaşaraq qiyməti 101 min dollardan aşağı düşüb (Bakı vaxtı ilə saat 09:20-yə olan məlumat). Mütəxəssislər qeyd edir ki, investorların qazanc əldə etmələri ilə (mənfəəti reallaşdırırlar) əlaqədar olaraq Bitcoin ucuzlaşır.

Ucuzlaşma, ABŞ Prezidentinin Ağ Evə kripto siyasəti ilə bağlı məsləhət vermək üçün işçi qrupunun yaradılması barədə qərarından sonra baş verir. İşçi qrupuna kriptovalyuta fondunun yaradılmasını qiymətləndirərkən altı ay ərzində ABŞ-da rəqəmsal aktivlər üçün tənzimləyici çərçivə təklif etmək tapşırılıb.

ABŞ-ın Bitcoin ehtiyatı yaradacağı gözlənilir. Tramp seçki kampaniyası zamanı bunu edəcəyinə söz vermişdir. 

Noyabrın əvvəlində Trampın seçkilərdə qələbə çalmasından sonra Bitcoin 50 faizdən çox bahalaşıb. Tramp əvvəllər kriptovalyutaya isti baxmırdı, lakin seçki kampaniyası zamanı fikrini dəyişdi. O, ABŞ-ı dünyanın kriptovalyuta paytaxtına çevirəcəyinə söz verib.

Seçilən
14
29
marja.az

10Mənbələr