AZ

Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aprel-may aylarında başlaya bilər - “Hürriyet”

Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə danışıqlar bu ilin aprel-may aylarında başlaya bilər.

Missiya.Az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Bildirilib ki, danışıqlar başlamazdan əvvəl çox güman ki, ABŞ Prezidenti Donald Trampla Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçiriləcək.

“Danışıqların aprel-may aylarında başlayacağı gözlənilir. Əvvəlcə atəşkəs elan olunacaq. Bundan sonra sülh danışıqları başlayacaq”, - deyə vurğulanıb.

Qeyd olunub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün tərəflərlə təmasda olduğu üçün danışıqlar prosesinin başlanğıcında mühüm vasitəçilik rolunu oynaya bilər. 

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
31
missiya.az

10Mənbələr