AZ

Rusiya-Ukrayna danışıqları bu ayda başlaya bilər

Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aprel-may aylarında başlaya bilər. Ondan əvvəl isə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilə bilər.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” yazıb.

Qeyd edilib ki, danışıqlardan əvvəl atəşkəs elan olunacaq:

“Əvvəlcə atəşkəs elan ediləcək. Bundan sonra sülh danışıqları başlayacaq. Danışıqlar prosesində Türkiyə müəyyən missiyanı üzərinə götürə bilər»,

“Hürriyet” qeyd edib ki, Rəcəb Tayyib Ərdoğan həm Putin, həm də Vladimir Zelenski ilə ünsiyyət qura bilən yeganə lider olduğu üçün vasitəçi rolunda çıxış edə bilər.

Xatırladaq ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar 2022-ci ildə İstanbulda aparılıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən həftə Ukraynadakı münaqişənin dönüş nöqtəsinə yaxınlaşdığını və Ankaranın onun həlli üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.
 

Seçilən
8
4
modern.az

10Mənbələr