AZ

Sumqayıtda xəstəxanada ölən şəxsə qoyulan ilkin diaqnoz məlum olub - YENİLƏNİB

Sumqayıt şəhərində xəstəxanada dərmandan zəhərlənərək öldüyü bildirilən şəxsə qoyulan ilkin diaqnoz məlum olub.

“Far.Az”a Sumqayıt şəhər Psixiatriya Xəstəxanasından verilən məlumata görə, Ramiz Pirqulu oğlu Piriyev 2023-cü il sentyabrın 28-dən etibarən, Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda olub və müalicə alıb.

O, 2025-ci il yanvarın 13-də "Törədici dəqiqləşdirilməyən pnevmoniya. Eksudativ plevrit" diaqnozu ilə Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının terapiya şöbəsinə köçürülüb.

08:36

Sumqayıtda dərmandan zəhərlənən 58 yaşlı kişi ölüb.

“Far.Az”un yerli bürosu məlumat verir ki, 1966-cı il təvəllüdlü Ramiz Pirqulu oğlu Piriyev Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qəbul etdiyi dərman həblərindən zəhərlənib.

O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
9
far.az

10Mənbələr