AZ

Sumqayıtda xəstəxanada ölən şəxsə qoyulan ilkin diaqnoz məlum olub

Sumqayıt şəhərində xəstəxanada dərmandan zəhərlənərək öldüyü bildirilən şəxsə qoyulan ilkin diaqnoz məlum olub.

Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasından hakimiyyet.az-a verilən məlumata görə, 58 yaşlı pasiyentə "eksudativ plevrit" diaqnozu qoyulub:

"Ramiz Pirqulu oğlu Piriyev 2023-cü ilin sentyabrın 28-dən etibarən Sumqayıt şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda olub və müalicə alıb. 2025-ci il yanvarın 13-də "törədici dəqiqləşdirilməyən pnevmoniya, eksudativ plevrit" diaqnozu ilə Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının terapiya şöbəsinə köçürülüb".

Aygün Mirakif

09:08

Sumqayıtda dərmandan zəhərlənən 58 yaşlı kişi ölüb.

hakimiyyet.az "Report"a istinadən verir ki, 1966-cı il təvəllüdlü Ramiz Pirqulu oğlu Piriyev Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində qəbul etdiyi dərman həblərindən zəhərlənib.

O, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Aparılan müalicə və müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
22
4
hakimiyyet.az

10Mənbələr