Mozg Sağlamlıq İdarəetmə Mərkəzinin təsisçisi İlya Burlakovski, ABŞ-ın yeni prezidenti Donald Trampın, əvvəlki Ağ Ev rəhbəri Co Baydenlə müqayisədə daha uyğun və ağlabatan bir lider olacağını düşündüyünü bildirib. “Ulusum”.az xəbər verir ki, onun fikrincə, bunun əsasını Trampın xarici fizioloji göstəriciləri, xüsusilə başının bədəninə nisbətən daha iri olması təşkil edir.Elm adamı, Trampın başı ilə bədəninin ölçülərini müqayisə edərək, yeni liderin əvvəlki prezidentlə müqayisədə aydın bir üstünlüyə sahib olduğunu iddia edir. Burlakovski, Trampın beyin kütləsinin bədən çəkisinə nisbətən nisbətən daha böyük olduğunu qeyd edərək, bunun onun neyron hüceyrə kütləsinin artdığını və demensiya və davranışın degenerasiyasının qarşısını alacağını vurğulayır.Onun sözlərinə görə, Trampın başının forması, informasiya təhlil etmək, müzakirə edən şəxsi dinləmək və elastik düşünmə qabiliyyəti ilə əlaqədar əhəmiyyətli ipucları verir. Baydenin isə, Burlakovskinin fikrincə, bu xüsusiyyətlərdən məhrum olduğu və beyninin "kiçilməyə" başladığı düşünülür.Burlakovski, Trampın daha uyğun, elastik və plastik olduğunu, həmçinin daha yaxşı təşkilatlanmış və güclü olduğunu vurğulayıb. Onun başının forması, beyindəki neyron əlaqələrinin düzgün işlədiyini göstərir. Elm adamı əlavə edib ki, kiçik başlı və uzun boylu bir insanın şəxsi xüsusiyyətləri, ehtimal ki, daha çox uyğunlaşan bir xarakterə sahib olduğunu göstərir.Səidə
Diqqət Çəkənlər
Şişkinliklərin Əsas Səbəbi: Limfatik Sistem Pozulmaları
Türkiyədə Grand Kartal otelində baş verən yanğınla bağlı daha iki məmur həbs edilib
İsrail atəşi nəticəsində bazar günü Livanın cənubunda 15 nəfər həlak olub, 80-dən çox insan yaralanıb