AZ

Kurikulum və ənənəvi imtahanlar: Ən yüksək nəticə hansı ildə olub? - STATİSTİKA

Qəbul imtahanlarında 500-700 bal arası ən yüksək nəticə kurikulum sistemi ilə təhsilalanların məzun olduğu il, yəni 2019-cu ildə olub.  

 

AzEdu.az Təhsil Portalı olaraq 2014-2023-cü illərdə qəbul imtahanlarında 0-700 bal intervalında nəticə göstərən abituriyentlərin sayını təhlil etdik.

 

Təhlillərə əsasən, 2014-cü illə müqayisədə 2023-cü il də daxil olmaqla 200 baldan, 700 bala qədər nəticə göstərən abituriyentlərin sayında ciddi dəyişiklik olmayıb.

 

Belə ki, 2014-cü ildə 200-300 bal aralığında nəticə göstərən abituriyentlərin sayı 9509, 300-500 aralığında 12863, 500-700 bal intervalında isə 5440 olub.

 

2015-ci ildə 200-300 bal aralığı 9702, 300-500 intervalında 13182, 500-700 balla isə 6153 nəfər fərqlənib.

 

2016-cı ildə 200-300 arası nəticə göstərənlərin sayı 9713-ə, 300-500 bal arası 13589-ə, 500-700 bal isə 6501-ə bərabər olub.

 

2017-ci ildə 200-300 bal toplayanların sayı 9256, 300-500 bal 14088, 500-700 bal isə 6865 olub.

 

2018-ci ildə 200-300 bal 10036-a, 300-500 bal 15049-a, 500-700 bal isə 8062-yə bərabər olub.

 

2019-cu ildə müvafiq ballar üzrə 200-300 intervalında nəticə göstərənlərin sayı 11810, 300-500 bal üzrə 17854, 500-700 bal isə 7266-ya uyğun olub.

 

2020-ci ildə 200-300 ballıq nəticələrin sayı 12240, 300-500 bal 16732, 500-700 bal isə 6434 olub.

 

2021-ci ildə 700-dən 200-300 ballıq nəticə göstərənlərin sayı 11859, 300-500 bal toplayanlar 16290, 500-700 bal isə 6623 olub.

 

2022-ci ildə 200-300 bal arası 13779, 300-500 balı 17639, 500-700 balı isə 6837 nəfər toplayıb.

 

Yekun olaraq, 2023-cü ildə isə 200-300 bal toplayanların sayı 14626-ya, 300-500 intervalında 18676-ya, 500-700 balda isə 6029-a bərabər olub.

 

Nəticələrdən aydın olur ki, fərq çox olmasa belə, 2015-ci ildən bəri 500-700 bal toplayanların sayının ən az olduğu il 2023-cü il olub.

 

Kurikulum metodu ilə ilk təhsilalanlar 2019-cu ildə məzun olublar. Elə həmin ilin nəticələrinə baxdıqda görürük ki, məhz (2019-cu ildən 2023-cü ilə qədər 500-700 balda) ən yüksək nəticə 2019-cu ildə, yəni ilk kurikulum imtahanında olub. Bu rəqəm 7266-dır.

 

0-700 bal arası 10 illik ümumi nəticələrə əsasən, deyə bilərik ki, abituriyentlər 10 il ərzində daha yüksək bal toplayırlar. Belə ki, 0-100 bal arası nəticə göstərənlərin faizi 2014 -cü ildə ən yüksək həddə- 19,81 faiz olub. Ondan sonrakı illərdə isə bu faiz 9-10 faiz azalıb.  

Seçilən
33
3
azedu.az

10Mənbələr