Bakı. Trend:
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinintabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND)tərəfindən AZS ISO 45003:2024 “Peşə sağlamlığını vətəhlükəsizliyini idarəetmə - İş yerində psixoloji sağlamlıq vətəhlükəsizlik - Psixososial risklərin idarə edilməsi üzrərəhbəredici göstərişlər”, AZS ISO 45004:2024 “Əməyin təhlükəsizliyivə gigiyenasının idarə edilməsi - Fəaliyyətin qiymətləndirilməsinədair göstərişlər” dövlət standartları qəbul edilib.
AZSTAND-dan Trend-ə verilənməlumata görə, yeni dövlət standartlarının tətbiqi ilə iş yerindətəhlükəsizliyin təmin edilməsi, ümumi əmək şəraitininyaxşılaşdırılması və işçilərin rifahının yüksəldilməsinə töhfəverəcək.
Sözügedən dövlət standartları əməyin təhlükəsizliyi vəgigiyenası (ƏTG) üzrə fəaliyyətin qiymətləndirilməsi zamanı müvafiqgöstəricilərin hazırlanması da daxil olmaqla monitorinq, ölçmə vətəhlil prosesləri üzrə təlimatlar və prosedurları əhatə edir.Həmçinin təşkilatlara iş qəzalarının və peşə xəstəlikləriniminimuma endirməyə və ya qarşısını almağa imkan yaradacaq.
Qeyd edək ki, sözügedən dövlət standartları “Əmək sahəsində”standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 21) müzakirəolunub və İnstitut tərəfindən qəbul edilərək Standartlaşdırma üzrənormativ sənədlərin Dövlət Fonduna daxil edilib.