AZ

Əməyin təhlükəsizliyi sahəsində yeni dövlət standartları qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən əməyin təhlükəsizliyi sahəsində yeni dövlət standartları qəbul edilib:

- AZS ISO 45003:2024 “Peşə sağlamlığını və təhlükəsizliyini idarəetmə - İş yerində psixoloji sağlamlıq və təhlükəsizlik - Psixososial risklərin idarə edilməsi üzrə rəhbəredici göstərişlər”,

- AZS ISO 45004:2024 “Əməyin təhlükəsizliyi və gigiyenasının idarə edilməsi - Fəaliyyətin qiymətləndirilməsinə dair göstərişlər”.

Sözügedən dövlət standartları əməyin təhlükəsizliyi və gigiyenası (ƏTG) üzrə fəaliyyətin qiymətləndirilməsi zamanı müvafiq göstəricilərin hazırlanması da daxil olmaqla monitorinq, ölçmə və təhlil prosesləri üzrə təlimatlar və prosedurları əhatə edir. Həmçinin təşkilatlara iş qəzaları və peşə xəstəliklərini minimuma endirməyə və ya qarşısını almağa imkan yaradacaq.

Yeni dövlət standartları Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Seçilən
5
7
vergiler.az

10Mənbələr