AZ

5000 şirkətin Azərbaycandakı nümayəndəsi həbs olundu- VİDEO

Tanınmış iş adamı Rövşən Mehdiyev həbs edilib. Mediada yayılan məlumata görə, biznesmen dələduzluqda ittiham olunur.

AzPost bildirir ki, o, rəhbərlik etdiyi “Union Logistika” yükdaşıma şirkəti ilə bağlı da cinayət məsuliyyətinə cəlb edilib.

Polis tərəfindən aparılan istintaqdan sonra iş aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Rövşən Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.

Qeyd edək ki, R. Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin də sədridir. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində “Falson”, Qırğızıstanda “Brok Magistr”, Türkiyədə “AEMİ” şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda “Union Logistika” şirkətini yaradıb.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda bir qrup şəxs ”Xəzər Xəbər”ə müraciət edərək bildirib ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, onlar malı gətirmirlər.

Cavid Nəbiyev iddia edir ki, paytaxda olan həmin logistika şirkəti onları aldadır.

Onun sözlərinə görə, məhsulu onlara təhvil verməzdən əvvəl şirkətin rəhbəri Rövşən Mehdiyevlə aralarında rəsmi müqavilə də bağlanıb. Müqavilədə göstərilib ki, mallar 30 gün müddətinə onlara təhvil veriləcək. Digər şikayətçi – Ceyhun Sahilov da həmin şirkətlə paytaxta 9200 manatlıq reklam avadanlıqları gətirmək üçün müqavilə bağlayıb.

Vətəndaşlar deyirlər ki, dəfələrlə ”Union Logistika”nın rəhbəri onlara məhsulun çatdırılması vədini verib, amma sentyardan bu günə qədər bunu icra etmirlər. Sahibkarlar bununla bağlı Baş Prokurorluğa müraciət edəcəklərini bildiriblər.

Məsələ ilə bağlı sözügedən logistika şirkətinin ofisinə getdik. İş günü olsa da şirkətin qapısı bağlı idi. Ancaq ”Union Logistika” nın əməkdaşı Anar Qafarlı ilə əlaqə saxladıq. O, telefonda şifahi olaraq bildirdi ki, məhsulların çatdırılmasında bəzi problemlər olub, amma bu ayın sonuna qədər təhvil veriləcək.

Seçilən
11
42
azpost.info

10Mənbələr