1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanın futzal millisinin Avropa çempionatının əsas mərhələsində yanvarın 31-də səfərdə Xorvatiya, fevralın 4-də isə Bakıda Yunanıstanla qarşılaşacağı oyunlara hazırlıq üçün heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, yanvarın 27-də və 28-də Bakıda təlim-məşq toplanışı keçirəcək yığmanın düşərgəsinə üçü qapıçı olmaqla 15 futzalçı dəvət edilib.
Baş məşqçi Vitali Borisov iki gün davam edəcək məşqlərdən sonra səfərə aparacağı 14 futzalçını müəyyənləşdirəcək.
Qeyd edək ki, seçmə komandamız yanvarın 29-da Bakı-İstanbul-Zaqreb reysi ilə Xorvatiyaya yola düşəcək.
№ | Ad, soyad |
1 | Emin Kürdov |
2 | Rövşən Hüseynli |
3 | Fərid Abbasov |
4 | Emil Həsənzadə |
5 | Xəzər Ağalızadə |
6 | Tofiq Mikayılov |
7 | Kənan Manafov |
8 | Oktay Rüstəmli |
9 | Nihad İsmayılov |
10 | Fərid Atakişiyev |
11 | Ülvi Əliyev |
12 | Mirzə Əmirov |
13 | Seymur Məmmədov |
14 | Nurlan Mehdizadə |
15 | Cavad Məmmədov |