AZ

Azərbaycan XİN Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı paylaşım edib.

 

Məlumat nazirliyin rəsmi "X" sosial media hesabında paylaşılıb.

 

"27 yanvar - Beynəlxalq Holokost Qurbanlarını Anım Günündə biz bəşər tarixinin ən iyrənc vəhşiliklərindən birinin qurbanlarını xatırlayır və yad edirik.

 

Biz dini və etnik nifrətə, soyqırımına və insanlıq əleyhinə cinayətlərə qarşı birləşirik və antisemitizmin, ksenofobiyanın bütün formalarına, həmçinin dözümsüzlük təzahürlərinə qarşı çıxırıq", - paylaşımda qeyd olunub.

Tarix: 27 Yanvar 2025, 12:56   
Seçilən
14
10
pravda.az

10Mənbələr