Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı paylaşım edib.
Məlumat nazirliyin rəsmi "X" sosial media hesabında paylaşılıb.
"27 yanvar - Beynəlxalq Holokost Qurbanlarını Anım Günündə biz bəşər tarixinin ən iyrənc vəhşiliklərindən birinin qurbanlarını xatırlayır və yad edirik.