Bu gün, yanvarın 27-də Moskvada 111 illik temperatur rekordu qırılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.
Səhərə yaxın Rusiya paytaxtında havanın +3,5°C-yə qədər istiləşdiyi, gündüz isə +6°C-yə çatacağı gözlənilir. Tişkovets deyib ki, əvvəl -1914-cü ildəki maksimum temperatur +3°C idi. Ekspert cari həftənin yeni temperatur rekordları gətirəcəyini gözləyir.
Bundan əvvəl Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirmişdi ki, yanvar ayı Moskvada meteoroloji müşahidələr tarixində ən isti ay ola bilər.
“Yarım əsr ərzində Rusiyada orta qış temperaturu təxminən üç dərəcə artıb: Arktikada bir qədər çox, cənubda bir qədər az”, - iqlim eksperti Aleksey Kokorin qeyd edib.
Ötən 2024-cü il 175 illik müşahidələr ərzində ən isti il olub. Son on ildə hər il əvvəlkindən daha isti olub və iqlimşünaslar bu tendensiyanın davam edəcəyini gözləyirlər. Rusiyada rekord istilik baxımından ikinci ildir - yalnız 2020-ci il ondan daha isti idi.
Qlobal temperaturun artması ilə əlaqədar olaraq bütün dünyada daşqınlar, quraqlıqlar, meşə yanğınları, tufanlar, soyuq dalğalar və istilik dalğaları daha tez-tez və intensiv xarakter alır.
Təbii fəlakətlər insanların və heyvanların ölümünə və miqrasiyasına, evlərin və infrastrukturun dağılmasına, torpaqların məhvinə səbəb olur.
İqlim dəyişikliyini yavaşlatmaq üçün müxtəlif ölkələrdə elm adamları, fəallar və bəzi siyasətçilər yandırıldıqda istixana qazları əmələ gətirən neft, qaz və kömürdən istifadənin azaldılmasını tələb edirlər. İstixana qazları qlobal istiləşmənin əsas amillərindən biridir.
“AzPolitika.info”