AZ

2024-də əvvəlki illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Image

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 27 cinayət işinin ibtidai istintaqı aparılmaqla, baxılması üçün məhkəmələrə göndərilib.

Bunu Baş prokuror Kamran Əliyev 2024-cü ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Qeyd edilib ki, bununla da, 2020-ci il mayın 1-dən indiyədək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 43 qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Həmin işlərdən 35-i məhkəməyə göndərilib (31-i üzrə ittiham hökmü çıxarılıb), 3 işin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilib, digərləri isə hazırda məhkəmə baxışındadır.

ZÜMRÜD





Seçilən
6
9
baki-xeber.com

10Mənbələr