AZ

Fəhləlik etdi, bir serialla populyarlaşdı, Azərbaycan himninə görə əsəbləşdi - VİDEO

27 yanvar "Kurtlar vadisi" serialındakı Çakır obrazı ilə məşhurlaşan türkiyəli aktyor Oktay Kaynarcanın doğum günüdür.

Ölkə.Az doğum günündə onunla bağlı maraqlı faktları bir araya toplayıb.

Oktay Kaynarca 1965-ci ildə İstanbulun Üsküdar rayonunda anadan olub, əslən malatyalıdır. O, məktəbdə oxuyarkən yük maşını zavodunda 7 ay fəhləlik edib. Kaynarca daha sonra restoran fotoqrafı kimi çalışıb. 

Aktyor ilk dəfə Ege Teatrında səhnəyə çıxıb. Daha sonra bir neçə uşaq tamaşasında iştirak edib. 1989-cu ildə konservatoriya tələbəsi olarkən TRT 1-də yayıma başlayan “Gençler” serialında baş rol ifaçıları arasında yer alıb, daha sonra isə filmlərə çəkilib.
İstanbul Universiteti Dövlət Konservatoriyasının Teatr fakültəsində təhsil aldığı müddətdə teatr, serial və film aktyorluğu təcrübələri olub.
O, 90-cı illərdə film və teatrdakı rollarına görə, 2 dəfə "Ən Yaxşı Köməkçi kişi aktyor" mükafatına layiq görülüb.
Aktyor 2000-ci illərdə "Yeditepe İstanbul", "Esir şehrin insanları" seriallarında rol alıb.

Ona populyarlıq qazandıran isə 2003-cü ildə yayımlanmağa başlayan "Kurtlar vadisi" serialı olub. Aktyor ekran işində canlandırdığı Süleyman Çakır obrazı ilə yaddaşlara həkk olunub. Hətta böyük bir kütlə Çakırın ölümünə görə yas saxlayıb, obraza görə cənazə namazı qılınıb. 2004-cü ildən bəri hər il 8 aprel Süleyman Çakırın ölüm ildönümü kimi qeyd edilir.
"Kurtlar vadisi"ndən çıxdıqdan sonra Oktay Kaynarca bir müddət seriallara fasilə verib.
Sonradan o, 2007-2012-ci illər arasında "Kuzey rüzgarı", "Adanalı", "Sakarya Fırat" və "Ustura kemal" seriallarında rol alıb. Həmin seriallar içərisində onun canlandırdığı Adanalı obrazı xüsusilə sevilib.

Oktay Kaynarca "Eşkiya dünyaya hükümdar olmaz" və "Ben bu cihana sığmazam" seriallarında da mafioz obrazları canlandırıb və geniş izləyici kütləsi qazanıb.
Oktay kaynarca şəxsi həyatı ilə də tez-tez gündəm olub.

O, Kurtlar vadisi serialında çəkilərkən baş rolları bölüşdüyü aktrisa Özgü Namalla eşq yaşayıb. Hətta onların evli olduğu belə iddia edilirdi. Oktay Kaynarca isə evliliyə hazır olmadığını deyərək iddiaları yalanlayıb. 6 il davam edən sevgi münasibətinin xəyanətə görə bitdiyi bildirilir. Daha sonra cütlük dəfələrlə bir araya gəlsə də, barışmadıqlarını bəyan ediblər. 
Aktyor evliliyə uzaq olduğunu desə də, 2012-ci ildə Melek Angunla evlənib, lakin cəmi bir il davam edib. Bu münasibətdə isə Kaynarcanın həyat yoldaşına fiziki zorakılıq göstərdiyi iddia edilirdi. Melek Angun isə iddiaları yalanlamışdı. Lakin məhkəmə aktyoru sağlamlığa qəsdən ziyan vurulmasına görə cərimələyib.
Oktay Kaynarca həmçinin "Eşkiya dünyaya hükümdar olmaz" serialında birgə rol aldığı tanınmış aktrisa Deniz Çakırla da sevgili olub. Lakin cütlük sonradan ayrılıb.
Çoxlarının hələ də Çakır adlandırdığı aktyor ölkəmizdə də çox sevilir. O, dəfələrlə Azərbaycan xalqının xüsusi günlərində və bayramlarda ölkəmizlə bağlı paylaşım edib, Türkiyədəki 6 fevral zəlzələsindən sonra ölkəmizə təşəkkürünü bildirib.
Oktay Kaynarca rol aldığı, həm də ssenaristi və layihə dizayneri olduğu "Ben bu cihana sığmazam" serialında Azərbaycanla bağlı məqamlara yer verib.
Belə ki, serialda aktyor Ozan Akbaba azərbaycanlı biznesmen Emir Qardaşov obrazını canlandırıb. Azərbaycanlı aktyor Elşən Orucov da qısa bir müddət ekran işində rol alıb, o hətta Azərbaycan mahnısı da oxuyub.

Aktyor son olaraq Tükiyədə "Kim milyonçu olmaq istəyir?" yarışma proqramındakı çıxışı ilə gündəmə gəlmişdi. O, verilişdə Azərbaycan himni ilə bağlı sualda tamaşaçıların köməyindən istifadə iştirakçıya əsəbiləşib. Onun bu addımı azərbaycanlı pərəstişkarları tərəfindən rəğbətlə qarşılanıb.

Billurə Yunus

Seçilən
12
40
olke.az

10Mənbələr