Milyarder Bill Qeyts 27 illik evliliyindən sonra Melinda Frençdən boşanmasından peşmanlıq keçirərək, bunun səhv addım olduğunu etiraf edib.
Ölkə.Az xəbər verir ki, Bill Qeyts bu barədə "The Times"ə müsahibəsində deyib.
"Boşanma mənim və Melinda üçün ən azı iki il ağrılı oldu", - o qeyd edib.
Bill Qeyts Melinda ilə evliliyinin 45 il birlikdə yaşayan valideynlərininki kimi uğurlu olacağına ümid etsə də, bunun alınmadığına təəssüflənib.
2021-ci ildə Bill və Melinda bir il əvvəl gizli şəkildə ayrıldıqdan sonra boşandıqlarını elan edərək, artıq həyatın bu mərhələsindən sonra bir yerdə ola bilməycəklərini ictimaiyyətə açıqlayıblar.
"Boşandığımız zaman çətin idi və sonra o, fondu tərk etmək qərarına gəldi. O ayrılmaq qərarına gəldiyi üçün məyus oldum", - milyarder qeyd edib.
Mürtəza
Ölkə.Az