AZ

Stanislav Çerçesov Qazaxıstan yığmasından ayrıldı

Futbol üzrə Qazaxıstan yığma komandasının baş məşqçisi, rusiyalı mütəxəssis Stanislav Çerçesov postundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Çerçesova xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.

Xatırladaq ki, Stanislav Çerçesov 2024-cü ilin iyun ayından Qazaxıstan millisinə rəhbərlik edirdi. Sözügedən komanda onun rəhbərliyi altında UEFA Millətlər Liqasında 6 oyun keçirib və yalnız Norveç yığması ilə heç-heçə edib. Çerçesovun Qazaxıstan Futbol Federasiyası ilə müqaviləsinin müddəti 2026-cı ilin sonunda başa çatmalı idi.

Stanislav Çerçesov daha əvvəl Rusiya yığmasını da çalışdırıb. Rusiyalı mütəxəssis Polşanın “Legiya”, Moskva “Dinamo”su, “Amkar”, “Terek” (indiki “Axmat”), “Soçi Jemçujina” və Moskva “Spartak”ı, həmçinin Macarıstan “Ferentsvaroş”u ilə də işləyib.

Seçilən
38
11
arena.az

10Mənbələr