AZ

Çerçesov Qazaxıstandan əli dolu getdi

Xəbər verdiyimiz kimi, rusiyalı məşqçi Stanislav Çerçesov yaxın günlərdə Qazaxıstan millisinin baş məşqçisi postunu tərk etmişdi.

Apasport.az xəbər verir ki, Qazaxıstan Futbol Federasiyası bu səbəblə 61 yaşlı mütəxəssisə 500 min avro təzminat ödəyəcək. 

Çerçesov təklif olunan məbləğdən razıdır. Tərəflərin yaxın günlərdə müvafiq sənədlərə imza atması gözlənilir. 

Qeyd edək ki, Çerçesov 2024-cü ilin yayından Qazaxıstan millisinə rəhbərlik edirdi. Yığma onun başçılığı altında keçirdiyi 6 oyunda 5 məğlubiyyət və 1 heç-heçə ilə yadda qalıb. 1 dəfə belə rəqib qapısına yol tapa bilməyən komanda öz qapısında 15 top görüb.

Telldən “Bavariya” qərarı

Türkiyə millisinin üzvü “Dortmund”a geri qayıdıb

“Bayer” “Siti”nin futbolçusunu istəyir

“Çelsi”ni “Aston Villa”ya dəyişə bilər

“Yuventus” Mottanı göndərməyi planlaşdırır

Seçilən
4
11
apasport.az

10Mənbələr