Rusiyalı mütəxəssis Stanislav Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postunu tərk edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
61 yaşlı çalışdırıcının müqaviləsinə tərəflərin qarşılıqlı razılaşması ilə xitam verilib.
Xatırladaq ki, Çerçesov 2024-cü ilin yayında Qazaxıstan millisini çalışdırıb.
Bu müddət ərzində komanda onun rəhbərliyi altında altı oyun keçirib, bu oyunda beş dəfə məğlub olub, bir dəfə heç-heçə edib.