1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycanın kişilərdən ibarət millisi Belçikanın Vise şəhərində keçirilmiş açıq cüdo turnirində medal əyarına görə ikinci yeri tutub.
Oxu.Az Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətinə istinadən xəbər verir ki, seçmə komandanın üzvləri yarışı 2 qızıl, 2 gümüş və 2 bürünc mükafatla başa vurublar.
Turnirin ikinci günündə Elşən Əsədov (66 kq) qızıl, Məhərrəm İmamverdiyev (81 kq) bürünc medala sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Murad Muradlı (60 kq) qızıl, Qadir Hüseynovla (73 kq) İmran Yusifov (+100 kq) gümüş, İbrahim Əliyev (73 kq) isə bürünc mükafat əldə ediblər.
Qadınlardan isə yalnız Şəfəq Həmidova (48 kq) gümüş medal qazanıb.