AZ

Kaliforniya ABŞ-dən ayrılmaq istəyir

Kaliforniya ABŞ-dən  ayrılmaq istəyir.

KONKRET.az “The New York Post”a istinadən  xəbər verir ki, Kaliforniyada petisiya rəsmi qeydiyyata alındıqdan dərhal sonra “Calexit” adı altında ABŞ-dən ayrılmaq üçün imzaların toplanmasına başlanılıb: ” Qəbul olunarsa, təklif edilən məsələ 2028-ci ildə səsverməyə çıxarılacaq. İndi isə rəy sorğularında  respondentlərə ünvanlanan sual belədir:  “Kaliforniya Birləşmiş Ştatlardan ayrılıb müstəqil ölkə olmalıdırmı?”

Üstəlik, referendumla bağlı təşəbbüs irəli sürmək üçün seçicilərin ümumi sayının 50 faizindən çoxunun imzası  toplanmalıdır. Əksəriyyət ABŞ-ni tərk etməyə səs versə belə, ilk növbədə belə bir qərarın nəticələrini təhlil etmək və rəsmi hesabat dərc etmək üçün xüsusi komissiya çağırılacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
9
4
konkret.az

7Mənbələr