AZ

Kaliforniya ABŞ-dan ayrılmaq istədi

Kaliforniyada "Calexit" adı altında ABŞ-dən ayrılmaq üçün petisiya rəsmi qeydiyyata alındıqdan dərhal sonra imza toplamağa başlayıb.
 
Bu barədə New York Post (NYP) məlumat yayıb.
 
"Əgər petisiya qəbul olunarsa, təklif olunan tədbir - "Calexit" (Böyük Britaniyada Brexit səsverməsinə istinad) 2028-ci ildə səsverməyə çıxarılacaq və seçicilərdən soruşacaq: "Kaliforniya ABŞ-dan ayrılıb azad və müstəqil ölkə olmalıdırmı? ", - nəşr qeyd edir.
 
Üstəlik, referendumla bağlı təşəbbüs irəli sürmək üçün seçicilərin ümumi sayının 50%-dən çoxunu toplamalıdır. Əksəriyyət ABŞ-ni tərk etməyə səs versə belə, ilk növbədə belə bir qərarın nəticələrini təhlil etmək və rəsmi hesabat dərc etmək üçün xüsusi komissiya çağırılacaq. /Manset.az/
 
Seçilən
4
4
moderator.az

7Mənbələr