Yaxın gələcəkdə Qərbi Avropanı nələr gözləyir?
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Samir Hümbətov bildirib ki, Qərbi Avropanın elə bir strateji mövqesi var ki, Amerika, Rusiya və Çin arasında tramplin rolu oynayur:
“Düşünmürəm ki, asanlıqla onu gözardı edələr. Tramp onları sıxışdıra bilər, iqtisadi vəziyyətini çətinləşdirə bilər. O da NATO-ya yardımların ayrılması ilə bağlı müdafiə xərclərinin artırılması ilə bağlı, iqtisadi əlaqələrdə Rusiya ilə əlaqələrin müsbətə doğru keçməsi, Amerikanın iqtisadi təchizatının olması üçün ola bilər. Amma bu hələ ki, Qərbi Avropanı gözardı edilməsi demək deyil. Düzdür, gələcəkdə Qərbi Avropa ölkələrinin ciddi şəkildə maliyyə çatışmazlığı ola bilər. Borclarının çox olması mövcuddur. Amma hər vəziyyətdə Qərbi Avropa ölkələri Amerika üçün strateji əhəmiyyət daşıyır. O baxımdan Tramp onlarla müəyyən gərginlik yaşaya bilər. Amerikanın strateji hədəfi Qərbi Avropanı əlində saxlamaqdır. Bütün bunlarla yanaşı Trampın Qərbi Avropa üzərində təsir imkanları çox olacaq”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
yeniazerbaycan.comNATO yenilənir? ( 15082031)
-
demokrat.azTramp onlarla müəyyən gərginlik yaşaya bilər — ŞƏRH ( 15068997)
-
moderator.az"Trampın təzyiqi altında iki NATO ölkəsi müdafiəyə ÜDM-in 5 faizini xərcləməyi qəbul edib" - "Financial Times" ( 15065225)
-
vaxt.azTramp fırtınası ( 15061911)
-
axar.azTramp Putinlə görüşsə və razılıq əldə etsə də... - Qvozdenko ( 15054385)
-
demokrat.az"Qərbi Avropa özünü məhv etməyə qərarlıdır" ( 15045155)
-
news365.azTramp o qədər sürətli dəyişiklik edəcək ki… ( 15039739)
-
sherg.azTramp o qədər sürətli dəyişiklik edəcək ki… ( 15039357)
-
axar.azTramp o qədər sürətli dəyişiklik edəcək ki… ( 15039201)
-
bizim.mediaZəngəzur üçün Trampın “Panama kanalı” MODELİ – “Dəhliz bu formada açıla bilər...” ( 15030899)