AZ

Tanınmış braziliyalı futbolçu “Fənərbağça” ilə müqavilə bağlamaq üçün bu gün İstanbula gələcək

Bakı, 27 yanvar, AZƏRTAC

Türkiyənin “Fənərbağça” komandası yeni futbolçu ilə razılığa gəlib.

AZƏRTAC “TRT Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Anderson Taliska ilə anlaşıb. 30 yaşlı braziliyalı yarımmüdafiçi müqavilə bağlamaq üçün bu gün Bakı vaxtı ilə saat 22:00-da Türkiyədə olacaq.

Qeyd edək ki, 2016-2018-ci illərdə "Beşiktaş"ın formasını geyinən A.Taliska "ağ-qaralar"la Türkiyə çempionu olub.

Seçilən
17
4
azertag.az

10Mənbələr